İspaniya Prokurorluğu dünyaca məşhur geyim brendi "Mango"nun yaradıcısı İsak Andikin oğlu Conatan Andikin girov müqabilində azadlığa buraxılmasını tələb edib. İstintaq orqanı onun zaminə buraxılması üçün 1 milyon avro məbləğində girov təyin edilməsini istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın EFE informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Conatan Andik bir müddət əvvəl şirkətin maliyyə fəaliyyəti və iddia olunan qanunsuzluqlarla bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində Kataloniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"La Vanguardia" qəzetinin yazdığına görə, biznesmenə qarşı rəsmi ittiham irəli sürülsə də, Conatan Andik baş verənlərdə hər hansı bir iştirakını qəti şəkildə inkar edir.
İspaniyanın məşhur "Mango" geyim və pərakəndə satış brendinin yaradıcısı, 2024-cü ildə ölən İsak Andiçin oğlu Conatan Andiç saxlanılıb. Bu fakt Kataloniya hüquq-mühafizə orqanları tərəfindən rəsmən təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
"La Vanguardia" nəşrinin yaydığı məlumata əsasən, Conatan Andiçə qətl ittihamı irəli sürülüb. O, atasının ölümündə iştirakını davamlı olaraq rədd edərək, hadisənin bədbəxt təsadüf olduğunu bildirib. Hazırda şübhəli şəxs ifadə vermək məqsədilə məhkəməyə aparılıb.
İspaniyanın ən zəngin şəxslərindən sayılan iş adamı 2024-cü ilin dekabrında 72 yaşında dağda baş verən insident nəticəsində həyatını itirib. O, hündürlükdən yıxılaraq ölmüşdü. İlkin mərhələdə cinayət işinə xitam verilsə də, sonradan Kataloniya istintaq məhkəməsi "Mango" rəhbərinin ölüm səbəblərini yenidən araşdırmaq qərarına gəlib. Yerli mətbuatın yazdığına görə, buna səbəb Andiçin oğlunun verdiyi ifadələrdəki ziddiyyətlər olub.
"Mango" mağazalar şəbəkəsinin əsası 1984-cü ildə Kataloniya muxtariyyətində türk kökənli sahibkar İsak Andiç tərəfindən qoyulub. "Forbes" jurnalının reytinqinə əsasən, o, İspaniyanın ən zəngin beşinci adamı hesab edilirdi.
Qlobal miqyasda "Mango" brendinin 2900-ə yaxın mağazası fəaliyyət göstərir. Şirkət 2024-cü maliyyə ilini rekord göstərici ilə yekunlaşdıraraq, satış həcmini 3.3 milyard avrodan yuxarıya çatdırıb.