“Amazon” şirkətinin təsisçisi Cef Bezos dünyanın ən zəngin adamı olub.
Oxu.Az-ın Forbes nəşrinə istinadən məlumatına görə, hazırda biznesmenin sərvəti 90,6 milyard dollar təşkil edir.
Bununla da, o, 90,1 milyard dollar sərvətə malik “Microsoft”un qurucusu Bill Qeytsi qabaqlayıb.
B.Qeyts 2013-cü ildən milyarderlərin reytinqinə başçılıq edirdi.
Qeyd olunur ki, “Amazon” şirkətinin aksiyalarının qiyməti bir gecəyə 15 dollar qalxıb.
S.B.
www.oxu.az