Rusiyanın “Spartak” klubuna məxsus və hazırda “Anji” komandasında icarə əsasında çıxış edən yarımmüdafiəçi Ayaz Quliyev Azərbaycan yığmasında forma geyinməyə münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, “Sovetski Sport” nəşrinə müsahibəsində futbolçu bildirib ki, onunla dəfələrlə əlaqə saxlayaraq Azərbaycan yığmasına dəvət ediblər.
“Hazırda da Azərbaycan millisinə çağırırlar. Mən hələlik heç bir cavab vermirəm. Əsas Rusiya Premyer Liqasında uğurlu çıxış etməkdir. Sonrasına isə baxarıq”, - deyə o bildirib.
S.B.
www.oxu.az