Kabulda Amerika Universitetinə hücum nəticəsində ən azı 12 nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan paytaxtının polis idarəsinin nümayəndəsi Abdul Rəhman Rahimi məlumat verib.
Daha öncə Kabulda Amerika Universitetinə hücum edən iki yaraqlının zərərsizlişdirildiyi haqqında məlumat yayılmışdı.
Əfqanıstan polis nümayəndəsi bildirib ki, Kabulda Amerika Universitetinə hücum edən cinayətkarlar zərərsizləşdirilib.
24.08.2016 - 21:22
Əfqanıstanın Kabil şəhərində silahlı şəxslər Amerika Universitetinə hücum ediblər.
Oxu.Az-ın Sky News nəşrinə istinadən verdiyi məlumata görə, universitet binasında partlayış və atışma səslərinin eşidildiyi bildirilir.
Qeyd olunur ki, insident nəticəsində 12 nəfər yaralanıb.
Universitetin binasında onlarla tələbə və müəllimin qalıb.
Polis hadisənin terror aktı olduğunu istisna etmir. Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər.