Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ekrem İmamoğlunun mətbuat katibi də həbs edildi
İstanbul bələdiyyəsinin media şirkətinin rəhbəri, bələdiyyə sədri Ekram İmamoğlunun mətbuat katibi Murat Ongun də həbs qərarı çıxarılanlar içərisindədir.
Oxu.Az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, məhkəmə onunla yanaşı, "İmamoğlu İnşaat" şirkətinin baş direktoru Tuncay Yılmazın da həbs edilməsinə qərar verib.
Şübhəlilər Əhməd Palazoğlu, Əlihan Aydın, Ercan Saatçi, Alpərən Aydın, Bayram Taşkın, Canan Münüklü, Cəmal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan barədə isə xaricə çıxış qadağası və məhkəmə nəzarəti tətbiq edərək azad edilməsinə qərar verib.
Digər şübhəlilərin məhkəmədəki ifadələri davam edir.
Qeyd edək ki, İstanbul bələdiyyəsinə dair korrupsiya işi üzrə qurumun sədri və daha 18 şübhəli həbs edilib.
"Ekrem İmamoğlu" teqi üzrə xəbərlər
- İmamoğlunun məhkəməsindən ilkin qərar açıqlandı
- İstanbulda "boykot" çağırışlarına görə saxlanılanlar azadlığa buraxıldılar
- Ekrem İmamoğlunun vəkili sərbəst buraxılıb
- Türkiyədə korrupsiya ilə bağlı 12 şirkətin hesabına həbs qoyuldu, 14 nəfər saxlanıldı
- İstanbul bələdiyyəsi sədrinin vəzifəsini icra edən seçildi