Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Emin Ağalarovun atası Putindən mükafat aldı
Bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə ölkəsinin görkəmli şəxsiyyətlərini dövlət mükafatları ilə təltif edib.
Oxu.Az “Media forum” saytına istinadən xəbər verir ki, təltif olunanlar arasında azərbaycanlı iş adamı Araz Ağalarov da var.
Araz Ağalarov “Şərəf” ordeni ilə təltif olunub.
57 yaşlı Araz Ağalarov “Krokus” qrupunun prezidentidir. 2013-cü ilin əvvəllərində “CEO” jurnalının açıqladığı məlumata görə, Araz Ağalarovun varidatı 2 milyard dollardan çoxdur.
Həmin vaxt jurnalın tərtib etdiyi reytinq cədvəlində Araz Ağalarov Rusiyanın 131 nəfər milyarderi arasında 56-cı yerdə qərar tutmuşdu.
"Vladimir Putin" teqi üzrə xəbərlər
- Rusiya və ABŞ arasında tam razılaşma mümkündür?
- Cud Lounun Putini canlandırdığı filmin çəkiliş meydanından İLK GÖRÜNTÜLƏR
- Dmitri Peskov: "Putinin Trampa verdiyi şəxsi hədiyyədir"
- Paşinyan Azərbaycanın tələblərinə uyğun bəzi dəyişikliklərə gedəcəyinin anonsunu verib
- Putinlə Tramp arasında videokörpü təşkil edilə bilər
Ən çox oxunanlar