"Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkisində sonuncu dəfə namizədliyini irəli sürəcək".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Türkiyə liderinin baş müşaviri Mehmet Uçum deyib.
Onun sözlərinə görə, Türkiyədə prezident seçkisinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi böyük ölçüdə dəqiqləşib.
"Seçkinin 2028-ci il aprelin 16-da keçirilməsini gözləyirəm. Bu tarix prezident idarəetmə sisteminə keçidimizlə bağlı referendumun tarixidir. Buna görə də rəmzi mənası var. Rəcəb Tayyib Ərdoğan isə sonuncu dəfə namizəd olacaq", - deyə Uçum bildirib.