Türkiyədə Hakimiyyətə olan Ədalət və İnkişaf partiyasının Prezidentliyə namizədinin adı bəlli olur.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin baş nazirinin birinici müavini Bülənt Arınç, Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürüləcəyinə açıq-aşkar eyham vurub.
“Biz hamımız yaxşı bilirik, kim bizim namizədimiz olacaq”.
Nazir müavinin sözlərinə görə, iyulun1-də bir əngəl çıxmazsa, Ərdoğanın namizədliyi geniş ictimaiyyətə elan olunacaq.
Arınc, danışdıqları, görüşdükləri, məsləhətləşdikləri hər kəsin bu istiqamətdə fikir bəyan etdiyini bildirib.