Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənipərəst senatoru beş illik həbs gözləyir
Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendes beşillik həbs cəzasına məhkum edilə bilər.
Belə ki, ABŞ-nin “Bleeding Heartland” saytında jurnalist Rik Morenin korrupsioner senator Robert Menendesə həsr etdiyi məqaləsi dərc edilib.
Qeyd edək ki, Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində çalışıb. Bu yaxınlarda o, iki fərqli kontekstdə rüşvətxorluq və korrupsiyada ittiham olunub.
Müəllif qeyd edir ki, birinci halda o, nüfuzlu mövqeyindən istifadə edərək Misirə hərbi yardım təmin etmək üçün xarici agent kimi fəaliyyət göstərib.
“Başqa bir halda, o, üç varlı iş adamına kömək etmək və onların biznes fəaliyyətləri ilə bağlı araşdırmaya mane olmaq cəhdinə görə mükafat olaraq pul, qızıl külçələr, yeni avtomobil və digər qiymətli əşyaları qəbul edib.
Bu cür ittihamlar Nyu-Cersi senatoru üçün yeni bir şey deyil. 2017-ci ildə o, oxşar korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxıb. Elə o zaman da, indi olduğu kimi, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməli olmuşdu”, - deyə Rik Moren qeyd edib.
Jurnalist əlavə edib ki, əgər R. Menendes günahkar bilinərsə, onu 5 il həbs cəzası gözləyir.
“Üstəlik, senatorun seçiciləri onu dəstəkləmirlər. Son sorğuya görə, nyucersililərin 70%-i onun vəzifədən getməsini istəyir”, - deyə araşdırmaçı jurnalist qeyd edib.
Mənbə: Caliber
"Misir" teqi üzrə xəbərlər
- Kerç boğazında Suriya və Misirdən olan dənizçilərin olduğu gəmi qəza siqnalı verib
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Misirli futbolçu oyun zamanı baş məşqçiyə hücum edib
- Misirdə içərisində 30-dan çox turistin olduğu yaxta batıb
- Misirdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var
Rəylər