Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinin Qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti ölkəyə gətirilən ət məhsullarına nəzarəti gücləndirib.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Xidmət avqustun 5-dən 19-na qədər Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrindən (Gürcüstanla sərhəddə) Ermənistana şəxsi istifadə üçün iribuynuzlu mal-qaranın ətinin idxal edilməsini qadağan edib”, - məlumatda deyilir.
Qurumdan bildirilib ki, bu qərar Sibir xorasına yoluxmuş ətin sərhəddən ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün qəbul olunub.
www.oxu.az