Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənistan parlamentinin spikeri Alen Simonyan Ağdamda doğulması ilə bağlı iddialara reaksiya verdi
"Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan ona qarşı təbliğat aparan Qarabağ ermənisinin bəyanatlarına şərh olaraq özünün "Telegram" kanalında yazıb.
"Qarabağdan olan bu qoca kişi iddia edir ki, mən Azərbaycanda - Ağdam hərbi komissarlığının arxasındakı üçüncü evdə doğulmuşam.
Bu adam düşünür ki, belə bir məlumat yaymaqla və məni təhqir etməklə mənə qarşı nifrət oyadacaq və ya hansısa fikir formalaşdıracaq. Belələrinin və bənzərlərinin olması təəssüf doğurur. Mənim ata tərəfdən köklərim İrəvandan, ana tərəfdən Loridən olsa da, mən yuxarıda qeyd olunan yerdə və ya istənilən başqa yerdə doğulmaqda qəbahətli bir şey görmürəm.
Və bu mətni ona göndərən Qarabağ sakininin kim olduğu da aydındır. O aydın deyil ki, pulu min dramlıq əsginaslarla, yoxsa iki dənə 5 min dramlıq əsginasla götürüb.
Belə adamlar bu gün də, sabah da aktivləşəcəklər ki, Ermənistan Respublikasını daxildən dağıtmağa və partlatmağa cəhd etsinlər. Erməni xalqına bir gözlə baxmayın. Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək", - deyə Simonyan paylaşımda bildirib.
Qeyd edək ki, Simonyanın haqqında bəhs etdiyi şəxs onun əslən Azərbaycanın Ağdam rayonundan olduğunu iddia edib.
"Simonyan türkdür, türk qanı var, Ağdamda polis şöbəsinin yaxınlığındakı evdə doğulub", - deyə həmin şəxs bildirib.
"Alen Simonyan" teqi üzrə xəbərlər
- Simonyan: "Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
- Alen Simonyan Rusiya hərbi bazasının Ermənistandan çıxarılmayacağını açıqlayıb
- Simonyan 44 günlük müharibədən danışdı: "Cəhənnəmdə idim, dedim, gedib kiminsə ayağına yıxılmalıyam"
- Simonyan: "Hakim partiya seçkidə koalisiyanın tərkibində iştirak etməyəcək"
- Zaxarova Simonyanın ittihamlarına cavab verdi