Noyabrın 10-da Gümrüdə yerli hərbi komissarlığın əməkdaşlarından biri tutulub.
Oxu.Az NEWS.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, nazirliyin müvafiq şöbələrinin əməkdaşlarının əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində rüşvət almağa cəhd edərkən Şirak əyalətinin Gümri regional komissarlığının 4-cü şöbəsinin rəisi, mayor Artyom Marqaryan saxlanılıb.
Fakt üzrə istintaq aparılır.
N.O.
www.oxu.az