Yerevanda Rusiya səfirliyi qarşısında keçiriləcək növbəti etiraz aksiyası aprelin 19-na təyin edilib.
Oxu.Az “Novosti-Armenii”ya istinadən xəbər verir.
“Səbəb - Moskvada məşhur sahibkar və xeyriyyəçi Levon Ayrapetyana çıxarılan hökmdür. Bu artıq son on gündə Rusiya diplomatik nümayəndəliyinin qarşısında keçirilən üçüncü belə tədbir olacaq”.
Aksiyalardan biri zamanı səfirliyə tərəf yumurta və qəpiklər uçub: etiraz edənlər rus silahının Azərbaycana satışına olan qəzəblərini belə ifadə ediblər”, - məlumatda deyilir.