Ermənistanda hərbi hissələrin birinin kommunal xidmətinin rəisi Sarkis Kirakosyan satış məqsədi ilə hərbi hissədən güllə oğurlamaqda ittiham olunur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, S.Kirakosyan hərbi hissənin çavuşu Armen Muradyanı dəfələrlə güllə oğurlamağa məcbur edib, sonradan güllələri Stepanavan şəhər sakinlərindən birinə satıb.
İttiham olunan S.Kirakosyanın işi məhkəməyə göndərilib.
A.M.