Ermənistanın baş naziri Ovik Abramyan istefa vermək barədə qərarını bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə respublika hökumətinin iclasında bildirib.
“Mən istefa vermək və prezidentə yeni hökuməti qurmağa imkan yaratmaq istəyirəm”, - Abramyan deyib.
Onun sözlərinə görə, hər kəsin müvəffəqiyyətini düşünmək, görülmüş işin əsasında yeni hökumətə şans vermək, eləcə də yeni yanaşmalarla cəmiyyətin konsolidasiya edilməsi lazımdır”.
58 yaşlı Ovik Abramyan 2014-cü ilin aprel ayının 13-dən hökumətin sədri vəzifəsini tutub. O, ölkə prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika partiyası sədrinin müavinidir.