Fransanın XİN rəhbəri Jan-Mark Eyro bu gün Ermənistandan olan həmkarı Edvard Nalbandyan ilə ikitərəfli münasibətlərə dair bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edəcəklər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadal bildirib.
“Jan-Mark Eyro Ermənistandan olan həmkarı Edvard Nalbandyanı qəbul edəcək. Bu, xüsusilə də ikitərəfli əməkdaşlığa dair sazişlərin imzalanması fransız-erməni əlaqələrinə yeni təkan olacaq”, - Nadal bəyan edib.
Eləcə də Nadalın sözlərinə görə, iki nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını danışıqlar yolu ilə dinc və dayanıqlı şəkildə həllini tapmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.
N.O.
www.oxu.az