Federasiya Şurası Rusiya və Türkiyə hökumətləri arasında “Türk axını” qaz kəməri layihəsinə dair sazişi təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Daha öncə Dövlət Duması Türkiyə ilə arasında “Türk axını” qaz kəməri layihəsinə dair sazişi təsdiqlədiyinə dair məlumat yayılmışdı.
Sənəd Qara dənizin dibində hər biri 15,75 milyard kub metr qaz nəql etmə gücünə malik iki qolun tikintisini nəzərdə tutur.
Qollardan biri türk bazarına qazın tədarükü, digəri isə Türkiyədən tranzit yolu ilə Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulub .
N.O.
www.oxu.az