Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fələstin İsraillə münaqişənin həllində Trampın köməyinə ümid edir
Fələstin hökuməti Yaxın Şərq münaqişəsinin həlli prosesində ABŞ və Səudiyyə Ərəbistanının köməyinə ümid edir.
Oxu.Az-ın "Bloomberg TV"yə istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin baş naziri Muhəmməd Mustafa bildirib.
"Məndə inanmağa əsas var ki, ABŞ prezidentinin administrasiyası münaqişənin başa çatmasına ümid verəcək düzgün, balanslaşdırılmış sazişin bağlanmasında hamımıza kömək edəcək. Səudiyyə Ərəbistanı da sülh prosesinə qoşulmaq istəyini ifadə edib, çünki onlar regionda sülh və inteqrasiya istəyirlər", - deyə hökumət başçısı qeyd edib.
O, ABŞ lideri Donald Trampın müharibədən sonrakı bərpa dövründə Qəzza sakinlərindən 2 milyondan çoxunun Misir və İordaniya kimi ölkələrə köçürülməsi təklifini rədd edib.
Onun sözlərinə görə, Qəzza zolağında bərpa prosesi Yaxın Şərqin xarici görünüşünü dəyişəcək.
"Biz İsrail və HƏMAS-ın ərazilərin bərpası yolunda maneə olmayacaqlarına zəmanət veririk", - deyə baş nazir vurğulayıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Husilər Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları bərpa edirlər
- ABŞ HƏMAS tərəfdarlarının vizalarını və "green card"larını ləğv edəcək
- İsrail Qəzzaya elektrik verilişini dayandırır
- İsrail ordusuna Qəzzada hərbi əməliyyatlara hazırlaşmaq əmri verilib
- SAXAL Qəzza sektoruna yeni hücum planını təsdiqləyib