Fətullah Gülən vəkili Orxan Erdemli vasitəsilə Türkiyədəki həbslərə münasibət bildirib.
Oxu.Az Teleqraf.com-a istinadən, Gülənin mövqeyini ifadə edən açıqlamanı təqdim edir.
“Bəzi xəbər və yazılarda həbslərlə bağlı Fətullah Gülənə qarşı ağır ittihamların yer alması haqsızlıqdır. İddialar tamamilə məntiqsiz, əsassızdır. Korrupsiya, rüşvət hər bir ölkədə var. Dünyada bir qisim insanlar qanunlara uyğun yaşayır, bəziləri isə qanunları pozmaqla məşğuldurlar.
Hüquq mühafizə orqanları da qanunsuzluqların qarşısını almaq üçündür. Baş verən həbsləri soyuqqanlılıqla qiymətləndirmək lazımdır. Fətullah Gülənlə bağlı həqiqətəuyğun olmayan fikirlərin səsləndirilməsi istintaqa təsir etməklə yanaşı, ictimai fikiri də azdıra bilər”.
Açıqlamada qeyd olunur ki, Gülənə qarşı “hökumətə savaş açma”, “əməliyyat başlatma”, “kirli oyunlar oynama”, “tələqurma”, “küncə sıxışdırma” kimi iddialar tamamilə fantaziya məhsullarıdır.
“Fətullah Gülən maddi və siyasi maraqları olmayan Allah adamıdır”.