Finlandiya hakimiyyəti Rusiya ilə sərhəd boyunca hasarın tikintisini başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə sentyabrın 7-də "Bloomberg" agentliyi məlumat yayıb.
"Finlandiya Rusiya ilə sərhəd boyunca 200 km uzunluğunda hasarın tikintisini başa çatdıraraq, NATO-nun ən uzun sərhəd hissəsində əsas rəqibi üzərində nəzarəti gücləndirib", - deyə materialda bildirilir.
"Bloomberg"in iddiasına görə, hündürlüyü 4,5 metr olan hasar texniki müşahidə sistemləri ilə təchiz edilib. Hasar uzunluğu təxminən 1 300 km olan Finlandiya-Rusiya dövlət sərhədinin təqribən 15%-ni əhatə edir. Hakimiyyət onun tikintisinə 356 milyon avro xərcləyib.
Agentlik xatırladır ki, hasarın tikintisinə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra start verilib.
Finlandiya hökuməti sentyabrın 3-də Rusiya ilə sərhədin müvəqqəti bağlanmasına dair qanunun qüvvədə olma müddətinin 2028-ci il dekabrın 31-dək uzadılmasını təklif edib.