ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, onun ştatının sakinləri etirazçılardan avtomobillə qurtulmağa çalışdıqları zaman onları maşınla vurmaq hüququna malikdirlər.
Oxu.Az-ın "Newsweek" jurnalına istinadən verdiyi xəbərə görə, bu barədə Floridanın qubernatoru "Rubin Report" şousu zamanı danışıb.
"Bizim həmçinin belə bir siyasətimiz var ki, əgər siz bu küçələrdən birində hərəkət edirsinizsə və avtomobilinizi əhatə edən kütlə sizi təhdid edirsə, qaçmaq hüququnuz var. Deməli, əgər siz onlardan uzaqlaşmaq istəyəndə biri ilə toqquşursunuzsa, günah onlardadır ki, sizinlə toqquşublar", - deyə o vurğulayıb.
DeSantis belə bir toqquşmada günahın maşınla vurulan etirazçıda olacağını söyləyib.