Fransa hökuməti davam edən kütləvi iğtişaşlar fonunda paytaxt Parisin III, X və XI dairələrinin sərhədində yerləşən Respublika meydanında və tarixi I dairədəki Le-Al məhəlləsinin bir neçə küçəsində komendant saatı rejimini tətbiq edib.
Oxu.Az bildirir ki, bu barədə BFMTV telekanalı paytaxt bələdiyyə şurasının deputatlarına istinadən xəbər verib.
Telekanalın verdiyi məlumata görə, komendant saatı bazar ertəsi yerli vaxtla saat 22:00-dan çərşənbə axşamı saat 06:00-dək (Bakı vaxtı ilə saat 00:00-dan 08:00-dək) qüvvədə olacaq və istisnasız olaraq bütün vətəndaşlara şamil ediləcək
Fransanın bir neçə şəhərində qismən komendant saatı tətbiq olunacaq. Ölkənin Baş naziri Sebastyan Lekornyu bildirib ki, yerli hakimiyyət orqanlarına bu cür tədbirlər görməyi tapşırıb.
Bu barədə Oxu.Az "France Info" nəşrinə istinadən məlumat verir.
Qeyd edək ki, daha əvvəllər Marsel şəhərində saat 12:00 ilə 20:00 arasında toplaşmalar qadağan edilmişdi.
Məhdudiyyətlər ölkənin bəzi şəhərlərinə və bu şəhərlərin mərkəzi hissələrinə şamil ediləcək.
Sebastyan Lekornyu əlavə edib ki, bu gündən (19 oktyabr) etibarən etirazlardan zərər görən müəssisələrdə məzuniyyətlər başlayacaq.
Son məlumatlara görə, oktyabrın 17-dən bəri Fransada keçirilən etiraz aksiyaları zamanı 2 300-dən çox insan saxlanılıb. Ölənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, iğtişaşçılarla toqquşmalarda hüquq-mühafizə orqanlarının təxminən 1 000 əməkdaşı yaralanıb.