Uzun qara ətək 15 yaşlı müsəlman qızın fransız məktəbində dərslərdən azad olunmasına səbəb olub, bunu Associated Press bildirib.
Oxu.Az “Qazeta”ya istinadən xəbər verir ki, səlahiyyətli şəxslər artıq öz qərarlarını ləğv etdiklərini, şagirdi məktəbdən xaric etmədiklərini, sadəcə geyimini dəyişməyi xahiş etdiklərini bildiriblər.
Onların versiyasına görə, qız dərslərdən uzaqlaşdırıldıqdan sonra atası ona dərsə getməyi qadağan edib. Hal-hazırda məktəb nümayəndələri tələbə qızın ailəsi ilə danışıqlar aparırlar.
2004-cü ildə qəbul edilmiş qanuna əsasən, tələbələrə çadra, kipa və ya iri xaç gəzdirmək qadağan edilib.
“Aşkar olmayan dini simvolika” qadağa altına düşmür. “Həddən artıq uzun ətək” haqqında müzakirə şəbəkədə kəskin reaksiyaya səbəb olub: tvitterdə #jeportemajupecommejeveux (istədiyim kimi ətək geyirəm) həştəqi populyardır.