Fransada Respublika partiyasından prezidentliyə namizəd, sabiq baş nazir Fransua Fiyon ona qarşı ittihamın irəli sürülməsinə baxmayaraq, prezident seçkilərindən geri çəkilmək niyyətində olmadığın bəyan edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
O, martın 15-də məhkəməyə çağırış vərəqi almasını təsdiq edib. “Vəkilim mənə qarşı ittihamın irəli sürülməsi üçün martın 15-də məhkəməyə çağırıldığımı bildirib”, - deyən Fiyon, həmçinin kimin Fransa prezidenti olacağına dair yalnız seçicilərin qərar verməli olduqlarını da əlavə edib.
N.О.
www.oxu.az