Fransanın baş naziri Manuel Vals vəzifəsindən istefa verdiyini bəyan edib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, M.Vals bundan bir neçə dəqiqə əvvəl, ölkədə 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Baş nazirin çıxışı BFMTV telekanalında canlı yayımlanıb.
Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək. Vals bəyan edib ki, seçkiqabağı kampaniyada iştirak etmək üçün dekabrın 6-da istefa ərizəsini Fransual Ollanda təqdim edəcək.
S.B.
www.oxu.az