Loran Fabius Fransanın xarici işlər naziri vəzifəsini tərk edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə Yelisey sarayında Nazirlər Şurasının iclası başa çatdıqdan sonra bildirib.
“Bu mənim iştirak etdiyim sonuncu Nazirlər Şurasının iclası idi”, - o deyib.
Bu gün Fransa prezidenti Fransua Olland vəzifəsindən gedən nazirin namizədliyini ölkənin Konstitusiya Şurasının sədri vəzifəsinə irəli sürüb.