Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Freddi” tropik qasırğası azı 99 nəfərin həyatına son qoyub – VİDEO
Malavidə “Freddie” tropik qasırğası və onun səbəb olduğu sel nəticəsində azı 99 nəfər ölüb.
Bu barədə yerli xilasetmə xidməti məlumat yayıb.
Malavi Qırmızı Xaç humanitar təşkilatından bildirilib ki, qasırğa 93 nəfərin yaralanmasına, 16 nəfərin itkin düşməsinə səbəb olub.
Məlumata görə, təbii fəlakətdən 2 mindən çox insan zərər çəkib. Ölkənin iqtisadi paytaxtı Blantir şəhərinə bitişik bölgəyə digərlərindən daha çox ziyan dəyib.
Qeyd olunur ki, təbii fəlakətlə əlaqədar malavidə fövqəladə vəziyyət elan olunub.
Qonşu Mozambikin səlahiyyətliləri də qasırğa və sel səbəbindən son sutka ərzində 4 nəfərin öldüyünü bildiriblər.
Mənbə: TASS
"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Alovlar içində olan Çilidən qorxunc kadrlar
- Egey beşik kimi yırğalanır: Seysmoloqdan 8.5 bal gücündə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə yeni yanğınlar: Hər 2-3 saniyədə futbol meydançası ölçüsündə sahə məhv olur
- Türkiyədəki fəlakəti dəqiq proqnozlaşdıran seysmoloqdan Qafqazda güclü zəlzələ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb