ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Azərbaycana silah satan İsrail və Belarus vətəndaşlarını saxlayıb.
Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, İsrail vətəndaşı 39 yaşlı Anri Şuşanla yanaşı Belarus əsilli yəhudi, 65 yaşlı Venyamin Qolınkin də həbs olunub.
Onlar Brovard qraflığında İraq və Sudana, habelə Azərbaycana 1 milyon dollarlıq silah satışı hazırlığı görüblər. Həmin şəxslər ötən həftə “Pompano Beach”da FTB-nin uzun müddətdir davam edən məxfi təhqiqatlarının nəticəsidə həbs olunublar.
Fort-Loderdeyl federal məhkəməsində bildiriblər ki, müttəhimlər Sudana 150 min, İraqa isə 350 min zenit pulemyotu patronu yollayıblar.
Məlumata görə Anri Şuşan iki il əvvəl ABŞ-a köçüb və bu ölkədə yaşamaq icazəsinə malikdir.
“Mən heç kimə ziyan vurmuram”, - o, bunu zaminə çıxmağa çalışarkən məhkəmədə bildirib. Amma hakim Alisiya Valli onun ölkədən qaça biləcəyini düşünüb.
Digər şübhəli şəxs Venyamin Qolınkin məhkəmədə dünən peyda olub və ittihamçı ilə tərcüməçinin köməyi ilə danışıb.
Anri Şuşan silah satışı üzrə “Pompano Beach”də diller mərkəzinin sahibidir, o silahların tədarükünün qadağan edildiyi ölkələrə silah göndərmək üçün sənədləri də saxtalaşdırırdı.
Hakimin fikrincə Şuşan, silah alveri məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Almaniya, Avstriya, Qvatemala, Rusiya, Kolumbiya və Azərbaycanda səfərlərdə olub.
Prokurorluqdan verilən məlumata görə, o, son səkkiz ayda başqa ölkələrin sakinlərindən bir neçə yüz min dollar, Azərbaycandan isə 170 min dollar alıb. Anri Şuşan silah təchizatçısı hesab etdiyi gizli FTB agentindən xahiş edib ki, ona Azərbaycana 5000 ədəd M4 snayper tüfənginin göndərilməsində kömək etsin.
Dövlət ittihamçısı Şuşanın həmin silahın komponentlərini təqdim edib və “ilkin ödəniş” kimi 10 min dollar aldığını da qedy edib. Amma son anda Vaşinqtonda yerləşən şirkət danışığı dayandırıb və bu barədə hakimiyyətə xəbər verib.
N.O.
www.oxu.az