İsrail ordusu Suriyaya raket zərbələri endirərkən hücum zonasında olan və göyərtəsində 172 sərnişin daşıyan təyyarə enişə hazırlaşıb.
Ancaq dispetçerlərin operativ fəaliyyəti və avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminin səmərəli işləməsi sayəsində “Airbus-320”ni hücum zonasından çıxararaq, yaxınlıqdakı aerodroma çəkmək mümkün olub.
TASS-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə fevralın 6-da gecə vaxtı baş verib. İsrailin “F-16” qırıcıları Dəməşq ətrafına “hava-torpaq” tipli raketlərlə hücum həyata keçirib. Həmin vaxt Tehrandan gələn “Airbus-320” layneri enişə hazırlaşıb. Hücuma görə o, Rusiyanın Suriyadakı Hmeymim bazasına eniş etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, fevralın 6-da gecə Dəməşqə raket hücumu olub. Buna cavab olaraq Suriya tərəfi düşməninin bir neçə hədəfini vura bilib.