Hamilə olan qvatemalalı gözəllik müsabiqəsinin qalibi Meksika və ABŞ sərhəddində qurulmuş divarı aşmaq istəyərkən yıxılıb və həyatını itirib.
“The Mirror” xəbər verir ki, 19 yaşlı Miriam Estefani Giron Luna 7 metrlik hündürlükdən düşərək can verib.
Qeyd etmək lazımdır ki, qadın səkkiz aylıq hamilə imiş.
Hadisə yerinə gələn həkimlər qeysəriyyə əməliyyatı keçirərək uşağı xilas etmək istəyiblər, lakin buna nail ola bilməyiblər.