Türkiyədə məlum 15 iyul hadisələrindən sonra FETÖ qruplaşmasının nəzarətində olan toplam dəyəri 12 milyard lirədən (4 milyard dollar) artıq mülkə həbs qoyulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki “Anadolu” agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, son 1 ay yarım ərzində dövlət xəzinəsinin balansına təşkilat mənsublarının nəzarətində olan 2514 ədəd daşınmaz əmlak verilib.
N.O