Sentyabrın 1-də və 2-də Günəşdə partlayış fəallığının əsasən aşağı səviyyədə olacağı gözlənilsə də, güc miqyasına görə sondan əvvəlki - M sinfinə aid partlayışların baş vermə ehtimalı var.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Qurumun məlumatında qeyd olunur ki, Günəşin partlayış aktivliyi 1 və 2 sentyabr tarixlərində əsasən aşağıdır, lakin M sinfindən olan partlayışlar istisna edilmir.
Rentgen şüalanmasının intensivliyindən asılı olaraq Günəşdəki partlayışlar beş əsas sinfə bölünür: A, B, C, M və X. Minimum sayılan A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçid zamanı güc 10 dəfəyədək yüksəlir. Bu partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər ki, həmin plazma buludları Yer planetinə çatdıqda maqnit qasırğaları yaradır.