İyulun 7-də axşam saatlarında Günəşdə gücünə görə sondan əvvəlki - M sinfinə aid partlayış qeydə alınıb.
Oxu.Az xəbər verir ki, TASS bu barədə Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.
"İyulun 7-də rentgen diapazonunda 4482 ləkələr qrupunda (S11E23) 13 dəqiqə davam edən M4.0 sinifli partlayış qeydə alınıb", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyaları 2026-cı ilin ən güclü aktivlik artımlarından birinin iyunun sonundan iyulun əvvəlinədək müşahidə olunduğunu açıqlamışdı. Məlumata görə, 4478 və 4479 nömrəli iki ən böyük aktiv sahənin Günəşin əks tərəfinə keçməsindən sonra həmin aktivlik başa çatıb.