Gürcüstanın Baş naziri Georgi Qaxariya və İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava özlərini təcrid ediblər.
Bu barədə “Sputnik Gürtcüstan” məlumat yayır.
Bildirilir ki, nazirlərin özlərini təcrid etmələrinin səbəbi COVID-19-a yoluxan şəxslə yaxın təmasda olmalarıdır.
Qeyd edilir ki, onlarda koronavirusun əlamətləri yoxdur və vəziyyətləri yaxşıdır.
Xatırladaq ki, Qaxariyanın iki mühafizəçisinə də COVID-19 diaqnozu qoyulub.