Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib
Gürcüstanda hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası oktyabrın 26-na təyin edilmiş parlament seçkisi ərəfəsində Tbilisinin Azadlıq meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, partiya liderləri Azadlıq meydanında quraşdırılmış səhnədən seçicilərə müraciət ediblər.
Tədbirlə əlaqədar Azadlıq meydanında və Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq tədbir ərazisində çox sayda polis səfərbər olunub.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkisi keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstan prezidenti "xarici agentlər haqqında" qanunu imzaladı
- Gürcüstan parlamenti kişi və qadınların bərabərliyi haqqında qanun qəbul edib
- Gürcüstan hökumətində kadr dəyişiklikləri: DTX-nin rəhbəri nazir təyin olundu
- Gürcüstan parlamenti xarici agentlər haqqında qanunun ABŞ versiyasını qəbul etdi
- Azərbaycanda "Starlink" dövrü: Qonşu ölkələrdəki qiymətlərlə MÜQAYİSƏ