Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili müdafiə naziri Tinatin Xidaşeli və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvilinin istefasını qəbul edib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu gün hər iki nazir istefa ərizəsi ilə baş nazirə müraciət ediblər. İstefa ərizələrində səbəb nazirlərin “Respublika Partiyası”nın xətti ilə payızda keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlıdır.
Gürcüstanın baş naziri ölkənin müdafiə naziri T. Xidaşelinin və barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvilinin istefa ərizəsini təmin edib.
19:18
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tutduğu vəzifədən istefası barədə ölkənin baş naziri Giorgi Kvirikaşviliyə müraciət ünvanlayıb.
Bu barədə Oxu.Az “Qryziya Online” nəşrinə istinadən xəbər verir.
“Bu gün müdafiə naziri Tinatin Xidaşeli baş nazir Georgi Kvirikaşviliyə müraciət edərək avqust ayının 1-dən onu tutduğu vəzifədən azad etməsini xahiş edib”, - agentlik Gürcüstan Müdafiə nazirliyinin ictimai əlaqələr və KİV üzrə xidmətinin rəhbəri Tamuna Kaçitadzenin sözlərini sitat gətirir.
Nəşr qeyd edir ki, hələlik Xidaşelinin müraciətinə heç bir rəy verilməyib.