Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gürcüstanda qırıcı təyyarə qəzaya uğrayıb, ölən var
Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində uçuş aparatının qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Məlumata görə, qəzaya uğrayan helikopter deyil, hərbi təyyarə olub.
"Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus "Su-25" qırıcı təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya-Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı veririk", - deyə idarədən bildirilib.
Mənbə: Sputnik Gürcüstan
Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsində hərbi helikopter qəzaya uğrayıb.
Məlumata görə, hadisə Disveli kəndi yaxınlığında baş verib.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə zamanı pilotun öldüyü bildirilir.
Mənbə: TASS
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstanda itkin düşən azərbaycanlı qızın anası: "Sonuncu dəfə gecə səsyazısı göndərdi"
- Gürcüstanın sabiq müdafiə naziri həbs olundu
- Gürcüstanın İrəvandakı səfirliyində etiraz aksiyası: Binaya gedən yol bağlandı
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Gürcüstanda hansı qaydalar sərtləşdirilir? - Əcnəbilərin işi çətinləşir