Gürcüstanlı oliqarx Bidzina İvanişvili Münhen (Almaniya) xəstəxanalarının birində “işemik şok” diaqnozu ilə müalicə alır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze etibarlı mənbələrə istinadən öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, İvanişvili yaxın aylarda tamamilə cəmiyyətdən təcrid olunacaq.
“Bidzina İvanişvili hazırda Münhen klinikalarının birinə yerləşdirilib. “İşemik şok” diaqnozu ilə. İstənilən emosiya – müsbət və ya mənfi – insulta səbəb ola bilər. Yaxın aylar ərzində o, təcrid olunacaq. İvanişvili siyasətdən uzaqlaşıb”, - Eliso Kiladze yazıb.
S.B.
www.oxu.az