"NATO sammitinin ən çətin hissəsi ABŞ Prezidenti Donald Trampı iştiraka razı salmaq idi".
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"NATO yeni dövrdə strateji potensialın artırılmasına diqqət yetirməlidir. Alyans, sadəcə, mövcud təhdidlərə cavab verən bir struktur olmaqdan çıxıb, daha uzunmüddətli və vahid təhlükəsizlik vizyonunu inkişaf etdirməlidir", - deyə diplomat bildirib.
Nazir Türkiyənin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini və Ankaranın Rusiya ilə diplomatik əlaqə, dialoq kanallarının açıq qalmasının Avropanın təhlükəsizliyi üçün də vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçirilir.