"Ankara nüvə məsələlərində həmişə İranın yanında olub və bundan sonra da əməkdaşlığı davam etdirəcək".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Tehranda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında deyib.
Türkiyə XİN başçısının sözlərinə görə, beynəlxalq hüquqa dair mübahisələr dialoq yolu ilə həllini tapmalıdır və İranın iqtisadi və digər sahələrdə beynəlxalq ictimaiyyətə qayıtması vacibdir.
Fidan əlavə edib ki, "ədalətsiz sanksiyaların aradan qaldırılması" bölgədə sabitlik üçün önəmli amildir və Türkiyə bu prosesin müsbət nəticə verməsi üçün səylərini davam etdirəcək.