Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İbrahim Rəisi Məşhəddə dəfn edildi
Mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərindəki İmam Rza məqbərəsində dəfn edilib. Mərhum prezidentin dəfn mərasiminə üç milyona yaxın insan toplaşıb.
Xatırladaq ki, mayın 19-da İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb.
Fəlakətin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.
Ölkədə növbədənkənar prezident seçkisi iyunun 28-nə təyin edilib.
Mənbə: TASS
18:58
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi keçirilir.
Cənubi Xorasan əyalətinin Bircend şəhərində keçirilən vida mərasimindən sonra İ.Rəisinin tabutu Məşhədə çatdırılıb.
Məlumata görə, Məşhəd şəhərinin küçələrində 3 milyona yaxın insan toplaşıb.
Mənbə: TASS
14:10
Mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş İran Prezidenti İbrahim Rəisinin nəşi Cənubi Xorasan əyalətinin əhalisi ilə vida mərasimindən sonra doğulduğu Məşhəd şəhərinə aparılıb.
Mərhum dövlət başçısı İmam Rza ziyarətgahında dəfn olunacaq.
Bununla əlaqədar yerli mediada kadrlar yayılıb.
Xatırladaq ki, İran prezidenti, eləcə də Xarici İşlər Nazirliyinin rəhbəri və digər rəsmi şəxslər mayın 19-da helikopter qəzasında həlak olublar. Onlarla vida mərasimləri əvvəllər Tehran, Qum və Təbriz şəhərlərində keçirilib.
Mənbə: Donya-e-eqtesad.com
Rəylər