Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

HƏMAS-ın liderlərindən olan Nael Səhl İsrail qüvvələri tərəfindən öldürülüb
İsrail təhlükəsizlik qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının yüksəkrütbəli üzvlərindən birini öldürüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, SAXAL və İsrail Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) İudeya və Samariyada terror aktlarının həyata keçirilməsində iştirak edən HƏMAS-ın Qəzza zolağındakı liderini aradan qaldırıb.
"İyulun 24-də SAXAL və ŞABAK-ın Qəzza zolağında birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi yerə zərbə endirilib. Zərbədən bir neçə gün sonra onun məhv edildiyini göstərən kəşfiyyat məlumatları əldə olunub", - deyə məlumatda vurğulanıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs üçün yeni plan təklif edib
- Husilər Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları bərpa edirlər
- ABŞ HƏMAS tərəfdarlarının vizalarını və "green card"larını ləğv edəcək
- İsrail Qəzzaya elektrik verilişini dayandırır
- İsrail ordusuna Qəzzada hərbi əməliyyatlara hazırlaşmaq əmri verilib