Fələstinin HƏMAS hərəkatı bir sıra fələstinli məhbusların qarşılığında Qəzza zolağında saxlanılan israilli girovların yarısını azad etməyə razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.
Kanal iddia edir ki, mübadilə 60 günlük atəşkəs çərçivəsində baş tutacaq.
Məlumata görə, HƏMAS Misir və Qətər vasitəçilərinin təklif etdiyi atəşkəs planını qəbul edib. Təklifə humanitar yardımların maneəsiz şəkildə anklava daxil olmasını təmin etmək üçün İsrail qoşunlarının Qəzzanın dərinliklərindən çıxarılması da daxildir.