Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda aqressiv meymunlar kəndi "işğal etdilər"
Hindistanın Cammu və Kəşmir mübahisəli ərazisində makaka meymunları kəndi ələ keçiriblər və yerli sakinlərə hücum edirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Excelsior" nəşri məlumat verib.
Aqressiv primatlar son illərdə makaka populyasiyasının əhəmiyyətli dərəcədə artdığı Caqanu kəndinin sakinlərinə hücum etməyə başlayıblar, lakin hakimiyyət buna nəzarət etmək üçün heç bir tədbir görməyib.
İndi sakinlər şikayət edirlər ki, hər dəfə kimsə çölə çıxanda heyvanların hücumuna məruz qalma riski ilə üzləşir. İnsanlar, həmçinin öz məhsullarından da ehtiyat edirlər, çünki makakalar məhsullara da hücum edirlər.
Caqanu sakinləri hakimiyyətdən problemin həll olunmasını tələb edirlər.
"Hindistan" teqi üzrə xəbərlər
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
- Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb
- Hindistan baş nazirini 8 martda iki mindən çox qadın qoruyacaq
- Hindistanda qar uçqunu: Səkkiz nəfər öldü, onlarla insan xilas edildi
- Məşhur hind aktyorunun film çəkilişi zamanı halı pisləşdi: İki gün sonra VƏFAT ETDİ