Hindistanın şimal-şərqindəki Bihar ştatında yerləşən məbədin yaxınlığında keçirilən dini mərasim zamanı yaranan izdihamda ən azı yeddi nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə ANI yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"Yeddi nəfərin öldüyü barədə məlumat daxil olub. İlkin ehtimallara əsasən, elektrik xəttinin dirəyi aşıb, nəticədə insanlar cərəyan vurmasına məruz qalıb və bu da izdihama yol açıb. Dəqiq səbəbi yalnız hadisənin bütün təfərrüatını hərtərəfli araşdırdıqdan sonra söyləyə biləcəyik", - deyə yerli polisdən bildirilib.
Həmçinin onlarla insanın xəsarət aldığı da vurğulanır. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.