Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda evin divarı uçdu, doqquz azyaşlı həlak oldu
Hindistanın mərkəzindəki Madhya-Pradeş ştatında güclü yağışlardan sonra evin divarının uçması nəticəsində 10-14 yaş arası doqquz uşaq və yeniyetmə ölüb.
Oxu.az "Times of İndia"ya istinadən xəbər verir ki, insident zamanı dörd azyaşlı müxtəlif xəsarətlər alıb.
Məlumata görə, hadisə dini tədbir zamanı baş verib. Uşaqlar dağılmış evin yaxınlığında quraşdırılmış çadırda olublar. Divarın çökməsi nəticəsində iki uşaq hadisə yerində, daha yeddi nəfər isə xəstəxanaya aparılarkən və ya tibb müəssisəsində ölüb.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda Himalay dağlarında helikopter qəzası: Altı zəvvar və bir pilot həlak oldu
- "Boeing 787-8" təyyarələrinin uçuşları dayandırıla bilər
- Hindistanda təyyarə qəzasında ölənlərin sayı 300 nəfəri keçdi
- Hindistanda təyyarə qəzasından yeganə sağ çıxmış sərnişin DANIŞDI
- "Dreamliner" təyyarəsinin qəzaya uğraması "Boeing"in səhmlərini çökdürdü
Ən çox oxunanlar