Ermənistanın Zəngəzur (Sünik) rayonundan olan, azaraq Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə qarşı tərəfə təhvil verilib.
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Dığ icmasının başçısı bildirib.
O, təfərrüatı açıqlamadan uşaqların onun yanında olduğunu vurğulayıb.
Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib.

Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.
Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı otarırmışlar.