Rusiyalı ekspert, tibb elmləri namizədi Kseniya Avdoşenko bildirib ki, qadının dərisində ilk yaşa bağlı dəyişikliklər 25 yaşında ikən müşahidə oluna bilər.
Mütəxəssisin sözlərinə görə, zərurət yaranarsa, qocalma əleyhinə üz plastik cərrahiyyə əməliyyatı etdirmək olar.
Həkimin sözlrinə görə, genetikk xüsusiyətlərdən asılı olaraq, bəzi qadınlar 30 yaşına qədər xüsusi qayğıya ehtiyac duymurlar. Lakin bu heç də hamıya aid deyil. Bəzən artıq 20-25 yaşlarında qızlar alında, göz ətrafında və yanaqlarda mimik qırışları aşkar edirlər.
Avdoşenko qocalma əleyhinə əməliyyatların yalnız 50 yaşdan sonra həyata keçirilə biləcəyini yanıltma adlandırıb. O, qeyd edib ki, əgər qadını piylənmə, gözlərinin altında torbalar, yuxarı göz qapaqlarının artıq dərisi kimi problemlər narahat edirsə, o zaman problemi həllini gecikdirməyin mənası yoxdur.
Mənbə: lenta.ru
Rəylər