İndoneziya ərazisində yerləşən Anak-Krakatau vulkanında ardıcıl püskürmələr baş verib.
Oxu.Az xəbər verir ki, müvafiq məlumatı İndoneziyanın geologiya qurumu açıqlayıb.
Bildirilib ki, sentyabrın 5-i gecə saatlarında yeraltı sarsıntıların müşayiəti ilə təqribən 10 dəfə kül və lava atılması qeydə alınıb. Hazırda sunami təhlükəsinin olmadığı bildirilir.
Anak-Krakatau vulkanının fəallaşması 2026-cı ilin iyul ayına təsadüf edib və həmin vaxt yerli qurumlar təhlükə səviyyəsini dörd ballıq sistem üzrə üçüncü dərəcəyə yüksəldiblər.
Xatırladaq ki, 1883-cü ildə Krakatau vulkanının oyanması təxminən 36 min insanın həyatına son qoyub. 1927-ci ildə isə həmin fəlakət bölgəsində bu günə qədər aktiv olan yeni Anak-Krakatau ("Krakataunun övladı") vulkanı meydana gəlib. 2018-ci ilin dekabr ayında vulkanın bir hissəsinin dağılması və ardınca baş verən sunami nəticəsində 430-dan çox şəxs həyatını itirib, təqribən 14 min nəfər isə xəsarət alıb.