İran aktrisasının 67-ci Kann Film Festivalının sədrini öpməsi Tehrandakı hakimiyyətin xoşuna gəlməyib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Leyla Hatami festival başlananda, təqdimat mərasimində festivalın sədri, 83 yaşlı Gilles Jacobu öpdüyü yerdə şəklini çəkdirib.
Qeyd edək ki, İranlı aktrisa Hataminin özü festivalın jurisinin üzvüdür.
İranın mədəniyyət nazirinin müavini Hossein Noushabadi mayın 18-də deyib ki, Hataminin festivalda “özünü uyğun olan şəkildə aparmaması İranın dini əqidəsinə ziddir”.
Nazir müavini deyir ki, beynəlxalq səhnəyə İran qadını kimi çıxanlar iranlıların şərəf və ləyaqətinin qeydinə qalmalıdıralar.
İndiyə kimi beynəlxalq aləmdə İran qadının adına ləkə gəlməyib.
